
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda bir hərbçisini itridiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 7-ci briqadanın 75-ci batalyonunun sürücüsü, baş çavuş Basil Sveid Livanın cənubunda əməliyyat zamanı həlak olub.
Hərbçilər əlavə ediblər ki, bu hadisə nəticəsində daha bir hərbçi yaralanıb. O, tibbi yardım üçün xəstəxanaya təxliyə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz