Venesuelada ölənlərin sayı 235-ə çatdı − Yenilənib

 
Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 235-ə çatıb, 4300-dən çox insan yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səhiyyə naziri Karlos Alvarado dövlət televiziya kanalında danışıb. 
“Təəssüf ki, artıq dünyasını dəyişmiş təxminən 235 xəstə qəbul etmişik ki, onlar tibbi yardım almayıb və ya tibb müəssisələrimizə çatanda ölüblər”, - nazir deyib.
O qeyd edib ki, 4300-dən çox yaralı müalicə olunub:
“Bəzilərinin yüngül xəsarətləri var, lakin orta və ağır vəziyyətdə olan xəstələr də var”.

***25.06.2026 15:04
İyunun 24-ü axşam saatlarında Venesuelada güclü zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidentin Delsi Rodriqesə istinadla məlumat yayıb.
Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki silsilə təkan qeydə alınıb. Onların episentrləri Venesuelanın Yaracuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 164 nəfər həlak olub, 971 nəfər yaralanıb.
Onlarla bina dağılıb. Paytaxtda metro və qatar xidmətləri dayandırılıb.
Venesuela hakimiyyəti hadisə ilə bağlı fövqəladə vəziyyət elan edib.
Venesuelanın daxili işlər naziri Diosdado Kabello bildirib ki, güclü yeraltı təkanlar nəticəsində Karakasda bir neçə bina uçub. Kabello həmçinin bildirib ki, Karakasdakı seysmik cəhətdən aktiv olan Altamira və Palos Qrandes ərazilərində yaşayış binaları da daxil olmaqla bir neçə bina uçub və nəticədə, insan tələfatı olub. Paytaxtın digər ərazilərində də dağıntılar və insan tələfatı qeydə alınıb.
Nazir bildirib ki, xilasetmə xidmətləri, yanğınsöndürənlər, polis bölmələri və mülki müdafiə könüllüləri dağılmış binaları təmizləyir və zərərçəkənlərə yardım göstərirlər.

***10:25 
Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb, 700 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqesə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, La Quayra ştatında onlarla bina uçub. Həmçinin, kütləvi dağıntılar qeydə alınıb.
Respublikanın paytaxtı Karakasda yeraltı təkanlar hiss olunub.
Karakasdakı Mayketiya Beynəlxalq Hava Limanı bağlanıb, paytaxtın metro və qatar xidmətləri dayandırılıb.
Delsi Rodriqes hadisəni faciə adlandırıb.
Digər tərəfdən, ABŞ Geoloji Xidmətinin (USGS) Venesueladakı zəlzələ nəticəsində ölənlərin sayının 10 mindən 100 minə qədər artacağını istisna etməyib.
Qeyd edək ki, 24 iyun axşamı Venesuelada güclü zəlzələ baş verib. 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki silsilə təkan qeydə alınıb. Episentrlər Yaracuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Paytaxt Karakasda binalar uçub. Karakasdakı Simón Bolivar beynəlxalq hava limanına da ziyan dəyib. Zəlzələ ölkənin ən böyük neft emalı zavodlarından bəzilərinin yerləşdiyi Montalban şəhərindən təxminən 30 kilometr şimal-qərbdə baş verib.
Sunami xəbərdarlığı edilib.

DİGƏR XƏBƏRLƏR

Top