Qızıl və gümüşün qiyməti son 7 ayın minimumuna enib


Dünya bazarlarında qızıl və gümüşün qiymətləri kəskin ucuzlaşaraq son yeddi ayın ən aşağı səviyyəsinə düşüb.
Yeniavaz.com
xəbər verir ki, bazar analitikləri bu tendensiyanı ABŞ dollarının möhkəmlənməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıra biləcəyi ilə bağlı gözləntilərlə əlaqələndirirlər.
Qızılın bir unsiyasının qiyməti gün ərzində təxminən 4 faiz azalaraq 3988,60 dollara enib. Bu göstərici ötən ilin noyabr ayından bəri qeydə alınan ən aşağı səviyyə hesab olunur.
Gümüş də oxşar tendensiya nümayiş etdirib. Qiymətli metalın bir unsiyasının qiyməti təxminən 6 faiz azalaraq 58,44 dollara düşüb.
Son bir həftə ərzində bazarda eniş daha da nəzərə çarpıb. Belə ki, gümüşün qiyməti təxminən 16 faiz, qızılın qiyməti isə 8 faiz ucuzlaşıb.
Analitiklərin sözlərinə görə, qiymətlərə əsas təzyiq ABŞ dollarının güclənməsindən qaynaqlanır. Dollar indeksi 0,36 faiz artaraq 101,77 bəndə yüksəlib ki, bu da son bir ildən çox müddətdə qeydə alınan ən yüksək göstəricidir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top