Mərdəkanda batan sonuncu şəxsin meyiti də tapıldı


Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, iyunun 22-də Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.
Həmin tarixdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilər tərəfindən 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun, 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyitləri suda tapılıb çıxarılmış, 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə bu günə kimi davam edirdi.

DİGƏR XƏBƏRLƏR

Top