
Qlobal neft qiymətləri ABŞ və İsrailin İranla olan müharibəsinin başlamasından bəri ən aşağı səviyyəyə düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, “Brent” markalı xam neftin fyuçersləri 3,42 dollar düşərək barreli 73,65 dollara satılıb. Ticarət zamanı “Brent” 27 fevraldan, müharibədən əvvəlki son gündən bəri ən aşağı qiymət olan 73,22 dollara düşüb.
“American West Texas Intermediate” (WTI) markalı xam neft 3,32 dollar itirərək barreli 69,87 dollara satılıb ki, bu da 2 martdan bəri ən aşağı göstəricidir.
Tətbiqimizi yükləyə bilərsiniz