Hesablardan vəsaitlər niyə təkrar silinib? − AMB açıqlama yaydı


“Bu gün “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı olan insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
“Əhalinin diqqətinə çatdırılır ki, AMB-nin ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər-hansı çətinlik müşahidə olunmur.
Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb”, - açıqlamada deyilir.
Bildirilir ki, bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top