
Azərbaycanda daha 2 şirkət – “Ce Parts” MMC və “Amet Services” MMC etibarsız təchizatçıların reyestrinə daxil edilib.
Yeniavaz.com xəbər verir ki, etibarsız təchizatçıların reyestrinə daxil edilən bu şirkətlərlə bağlı maraqların toqquşaması halı qeydə alınıb.
Qeyd edək ki, bu şirkətlər 6 ay müddətində – 16 iyun 2026-cı ildən 16 dekabr 2026-cı il tarixinədək satınalmalarda iştirak edə bilməyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 000 manat olan “Ce Parts” MMC (VÖEN – 1405421941) 2021-ci ildən fəaliyyət göstərir və qanuni təmsilçisi Babayev Elvin Qeyd oğludur.
Nizamnamə kapitalı 20 manat olan “Amet Services” MMC (VÖEN – 1302992001) isə 2012-ci ildən fəaliyyət göstərir və qanuni təmsilçisi Ələsgərov Vüsal Namid oğludur.
Onu da bildirək ki, “Amet Services” MMC sonuncu dəfə bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqroservis” ASC tərəfindən keçirilən 222 min 285 manat 8 qəpik dəyərindəki tender müsabiqəsində qalib olub. Bundan bir-neçə ay əvvəl isə “Amet Services” MMC Şərur “Radio” zavodunun 739 min 690 manat 8 qəpiklik tenderini udub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz