
Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaranıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə bankın müştərilərinə mobil tətbiq vasitəsilə bildiriş göndərilib.
“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!”, – bildirişdə qeyd olunub.
ABB-dən “Report”a bildirilib ki, yaxın zamanda vəsaitlər bank hesablarına bərpa olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz