
Avstriyada qoyunları canavarlardan qorumaq üçün “tikanlı zireh” ixtira edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Oddity Central” portalı məlumat yayıb.
Məlumata görə, layihənin müəllifi Avstriyalı fermer Rudolf Şaubaxdır.
Onun sözlərinə görə, layihə üzərində işləməyə Avstriyada mal-qaraya canavar hücumlarının artmasından sonra başlayıb. İlk prototipi hazırlamaq üçün isə ona təxminən üç il lazım olub.
İxtiraçıya görə, tikanlı yüngül plastik tor qoyunları yırtıcılardan qorumaqla yanaşı, həm də onların hərəkətinə mane olmur.
Alp fermalarında ilk sınaqların başlamasna baxmayaraq, bu ixtira fermerlər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəzi fermerlər bu cür zirehlərin effektivliyinə şübhə ilə yanaşıblar.
Onların sözlərinə görə, zaman keçdikcə heyvanların tükləri torda dolaşa, həmçinin, canavarlar ayaq və ya baş kimi daha az müdafisəiz yerlərdən hücum edə bilərlər.
Kənd təsərrüfatı təşkilatlarının nümayəndələri isə hesab edirlər ki, bu cür zirehlərin istifadəsi yüzlərlə və ya minlərlə heyvanı olan böyük təsərrüfatlar üçün çox baha başa gələ bilər.
Tətbiqimizi yükləyə bilərsiniz