“İsrail 10 gündür ABŞ-İran razılaşmasını pozmaq üçün əlindən gələni edir” – Ərdoğan


“İsrail regionda ən kiçik bir sülh ehtimalına belə dözmür”.
Yeniavaz.com
"TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim partiyanın parlament fraksiyasında çıxışı zamanı deyib.
“İndi daha həssas yanaşma tələb edən bir prosesin içərisindəyik. İsrailin ən kiçik sülh ehtimalına belə dözmədiyini bilirik. Son 10 gündür razılaşmanı pozmaq üçün əlindən gələni edir. Əgər regionumuzda sülh olacaqsa, İsrailin təxribatlarına baxmayaraq olacaq”, - Türkiyə Prezidenti qeyd edib.
O, bu çətin prosesdə bütün dövlət orqanlarının, xüsusilə də xarici diplomatik və təhlükəsizlik orqanlarının böyük səy və fədakarlıq nümayiş etdirdiyini bildirib.
Türkiyə lideri həmçinin bildirib ki, Ankara davamlı sülhə nail olmaq üçün bütün lazımi köməyi göstərməkdə davam edəcək və tərəfləri sülh prosesini sabotaj edə biləcək mümkün təxribatlara qarşı xəbərdar edəcək.

DİGƏR XƏBƏRLƏR

Top