Ukrayna qırıcıları “Saki” və “Qvardeyskoye” hərbi aerodromlarını bombaladı


Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı qüvvələrinin qırıcıları Kerç boğazı ərazisindəki Rusiya hava hücumundan müdafiə sistemlərinə, eləcə də, “Saki” və “Qvardeyskoye” hərbi aerodromlarının infrastrukturuna zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBK-Ukraine” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadla məlumat yayıb.
İlkin məlumatlara görə, “Saki” hərbi aerodromunda təyyarə avadanlıqlarının saxlanılması üçün nəzərdə tutulan dörd anqara zərbələr endirilib.
Həmçinin, “Qvardeyskoye” aerodromunun infrastrukturu da zərbələrə məruz qalıb.
Digər tərəfdən, Kerç yaxınlığında iki S-400 zenit-raket sistemi, eləcə də iki “Pantsir-S1” zenit-raket və top sistemi də məhv edilib.
Ukrayna Təhlükəsizlik Xidməti qeyd edib ki, bu, “Alfa” xüsusi təyinatlı qüvvələri tərəfindən bu ərazidə məhv edilən dördüncü “Pantsir-S1” sistemidir.
Ukrayna Təhlükəsizlik Xidməti həmçinin, Rusiya ordusunun Krım səması üzərində nəzarəti itirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top