
Bu ilin ilk 4 ayında Azərbaycana xarici ölkələrdən 268 min 700 litr alkoqolsuz pivə idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan alkqolsuz pivənin ümumi gömrük dəyəri 260,54 min dollar olub.
Beləliklə, idxal edilən alkqolsuz pivənin 1 litrinin orta gömrük dəyəri 0,97 dollar (1,65 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, bu dövrdə alkqolsuz pivə ən aşağı qiymətə İrandan, ən baha qiymətə isə Yaponiyadan idxal edilib. İrandan gətirilən alkqolsuz pivənin 1 litrinin orta gömrük dəyəri 0,53 dollar (0,9 manat), Yaponiyadan gətirilən alkqolsuz pivənin 1 litrinin orta gömrük dəyəri isə 3,5 dollar (5,95 manat) olub.
Qeyd edək ki, idxal olunan alkqolsuz pivə Azərbaycana bu ölkələrdən gətirilib:
İran – 148 300 litr (1 dekalitrinin orta gömrük dəyəri 0,9 manat);
Türkiyə – 76 400 litr (2,69 manat);
Rusiya – 19 300 litr (1,65 manat);
Almaniya – 16 900 litr (3,38 manat);
Ukrayna – 5 700 litr (0,17 manat);
Belarus – 2 000 litr (1,7 manat);
Yaponiya – 200 litr (5,95 manat).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz