Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq etdi, saxlanıldı – Video


Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə “Khazar” markalı avtomobilin sürücüsü Elgün Əhmədov ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
“Araşdırma zamanı məlum olub ki, E.Əhmədov əhalinin dincliyini nümayişkaranə şəkildə pozan qanunsuz əməllərini narkotik vasitənin təsiri altında idarə etdiyi kirayə götürülmüş avtomobillə törədib.
Faktiki olaraq faciənin bir addımlığında olduqlarını nəzərə almayan sərnişinlər isə E.Əhmədovu hüquqazidd davranışlardan çəkindirmək əvəzinə, baş verənləri videogörüntüyə almaqla, onu daha da həvəsləndirməyə çalışıblar.
E.Əhmədov barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib və o, 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 1 aylıq inzibati həbs olunub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top