“Turizm şirkəti Bakı-Tbilisi qatarına bir neçə bilet alıb saxlaya bilməz” – ADY


Turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz.
Yeniavaz.com
xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov sosial şəbəkələrdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin vasitəçilər və turizm şirkətləri tərəfindən toplu şəkildə alınıb yenidən satılması ilə bağlı iddialara aydınlıq gətirərkən deyib.
O bildirib ki, sosial mediada yayılan elan və paylaşımlar, eləcə də satış statistikaları və sərnişinlərin bilet alışı üzrə davranışları mütəmadi izlənilir və təhlil edilir:
“Turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz. Çünki qeyd etdiyim kimi, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil. Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər və turizm şirkətləri tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir”.

DİGƏR XƏBƏRLƏR

Top