Kuboku qaliblərə Trampla birlikdə təqdim edəcək


FIFA prezidenti Canni İnfantino kuboku 2026-cı il Dünya Kubokunun qaliblərinə ABŞ Prezidenti Donald Trampla birlikdə təqdim edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində bilddirib.
Onun sözlərinə görə, Dünya Kubokunun finalı iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki “MetLife” stadionunda keçiriləcək.
“Prezidentlə birlikdə finaldan zövq alacağıq və əlbəttə ki, kuboku qalibə birlikdə təqdim edəcəyik. Əlbəttə ki, biz həmişə bir yerdəyik”, - İnfantino bildirib.
Qeyd edək ki, Dünya Kuboku Meksika, ABŞ və Kanadada keçirilir. İlk dəfə olaraq turnirdə 48 komanda iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top