Texnologiya şirkətləri bu il 120 minə yaxın işçini işdən çıxarıb


ABŞ-nin və dünyanın nəhəng texnologiya şirkətlərindən biro olan “Oracle” 2026-cı ilin ilk altı ayında işçi sayını 13 faiz azaldıb.
Yeniavaz.com
xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət təxminən 21 min əməkdaşla yollarını ayırıb.
Məlumata görə, bu qərar biznesin yenidən qurulması və süni intellekt texnologiyalarının əməliyyatlara tətbiqi ilə bağlıdır.
2026-cı il mayın 31-nə olan vəziyyətə əsasən, “Oracle”da 141 min nəfər çalışır. Ötən ilin eyni dövründə isə şirkətin 162 min əməkdaşı olub.
Şirkət 2026-cı maliyyə ilində restrukturizasiya xərcləri üçün 1,84 milyard dollar ayırıb. Bu məbləğə işdən çıxarılan əməkdaşlara ödənilən kompensasiyalar da daxildir. Müqayisə üçün, ötən il bu məqsədlə 374 milyon dollar xərclənib.
“Oracle”dan bildirilib ki, dəyişikliklər idarəetmənin və məhsulların yenilənməsi, strateji planların həyata keçirilməsi və yeni satınalmalar üçün vəsaitlərin ayrılması məqsədi daşıyır.
Mütəxəssislər qeyd edirlər ki, süni intellektin sürətli inkişafı fonunda iş yerlərinin ixtisarı təkcə “Oracle”a aid deyil. Yayılan məlumatlara görə, bu il dünyanın aparıcı 196 texnologiya şirkəti tərəfindən ümumilikdə 119,8 mindən çox işçi işdən çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top