
Paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib:
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Ford” markalı avtomobilin səkiyə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verdiyi və avtomobilin sürücüsünün müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1987-ci il təvəllüdlü Abbasov Xalid Hatəm oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”.
Tətbiqimizi yükləyə bilərsiniz