Bu il xarici valyutanın alışı satışını 311 milyon dollar üstələyib


Bu ilin əvvəlindən ötən dövrdə valyuta bazarında təklif tələbi üstələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Məlumata görə, bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin ilk 5 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 311 milyon dollar üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2,8 faiz bəndi azalaraq 2026-cı ilin mayında 27%-ə enib. Yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının həcmi ötən ilin müvafiq dövrünə nəzərən 28,8% artaraq 560,1 milyon dollar təşkil edib.
Valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin 5 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1,2 milyard dollar məbləğində və ya 10,4% artaraq 12,7 milyard dollara çatıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top