
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 204,62 ton dondurma və digər yeyinti buz növləri idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, idxal olunan dondurma və digər yeyinti buz növlərinin ümumi gömrük dəyəri 1 milyon 345,96 min dollar olub.
Beləliklə, idxal edilən məhsulun 1 kiloqramının orta gömrük dəyəri 6,58 dollar (11,2 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, bu dövrdə dondurma ən aşağı qiymətə Ukraynadan, ən baha qiymətə isə Fransadan idxal edilib. Ukraynadan gətirilən məhsulun 1 kiloqramının orta gömrük dəyəri 3,2 dollar, Fransadan gətirilən məhsulun 1 kiloqramının orta gömrük dəyəri isə 48,8 dollar olub.
Qeyd edək ki, idxal olunan dondurma Azərbaycana bu ölkələrdən gətirilib:
Türkiyə – 61,61 ton (1 kiloqramının orta gömrük dəyəri 8,18 dollar);
Rusiya – 62,72 ton (6,41 dollar);
Belarus – 40,45 ton (4,63 dollar);
Ukrayna – 16,25 ton (3,21 dollar);
İran – 8,7 ton (7,00 dollar);
İtaliya – 7,63 ton (5,75 dollar);
Çin – 6,24 ton (13,06 dollar);
Latviya – 0,91 ton (9,63 dollar);
Fransa – 0,12 ton (48,83 dollar).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz