
“SpaceX” şirkətinin qurucusu İlon Maskın sərvəti 957 milyard dollara düşüb və o, faktiki olaraq trilyonçu statusunu itirib.
Yenavaz.com xəbər verir ki, bu barədə məlumat “Bloomberg” tərəfindən dərc edilən “Bloomberg Milyonerlər İndeksi”ndə öz əksini tapıb.
Son dəyişikliklər iş adamının sərvətinin 118 milyard dollar azalmasına səbəb olub.
İyunun 12-də Mask ”SpaceX” şirkətinin səhmləri ticarətə başladıqdan sonra dünyada sərvəti 1 trilyon dolları keçən ilk şəxs olub . Beləliklə, o, təxminən iki həftə ərzində trilyonçu statusunu qoruyub.
Qeyd edək ki, 22 iyun tarixində bildirildiyi kimi, “SpaceX”in səhmləri süni intellekt layihələrini maliyyələşdirmək üçün ilk investisiya dərəcəli istiqraz təklifinin elan edilməsindən sonra ardıcıl üç gündür ki, ucuzlaşıb.
Bundan əlavə, ticarət məlumatlarına görə, “Tesla”nın “Nasdaq”dakı səhmləri 16 iyundan bəri 4,14%, “SpaceX“ səhmləri isə 17,13% ucuzlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz