“Azərsu” ilanlara qarşı dərmanlar alır – 16 min xərclənəcək


İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (keçmiş “Azərsu” ASC) tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “PROF-DEZ İPM” MMC (VÖEN – 1002892471 ) olub.
Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilan və digər zərərverici həşəratlara qarşı dərmanlama xidmətinin satın alınmasını həyata keçirəcək. Satınalma müqaviləsinə əsasən, bu xidmətlərin göstərilməsi üçün “PROF-DEZ İPM” MMC-yə 15 min 964 manat 76 qəpik ödəniləcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “PROF-DEZ İPM” MMC 2013-cü ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Dağıstanlı küçəsi ev 57, m. 17-də yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Elvin Xeybər oğludur.

Elnur Əli
 

DİGƏR XƏBƏRLƏR

Top