
Özbəkistanla oyundan sonra (5:0) Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldodan argentinalı Lionel Messinin dünya çempionatında vurduğu qollara münasibəti soruşulub.
Yeniavaz.com xəbər verir ki, portuqaliyalının cavabı belə olub:
“Başqalarının nə etdiyi mənə maraqlı deyil. Mbappe də qol vurub...”
O, həmçinin mətbuat konfransında Messi ilə bağlı suala cavab verməyərək növbəti sualın verilməsini istəyib.
Qeyd edək ki, qrup mərhələsinin ilk iki turundan sonra Messinin aktivində 5, Ronaldonun aktivində isə 2 qol var.
Tətbiqimizi yükləyə bilərsiniz