Bakıda fərdi evdə yanğın olub. "Yeniavaz.com"un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 47 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.