
ABŞ ordusunun İranın dəniz limanlarını blokadaya alması bombalama kampaniyasından daha təsirli olduğunu sübut edib.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
“Bilmək istəyirsinizsə, blokadanın bombalama kampaniyasından daha təsirli olduğuna inanıram. Və deyərdim ki, 15 dəqiqə ərzində bunu yenidən etməyə hazırıq”, - o bildirib.
O, həmçinin Ağ Evdə iştirak edən ABŞ müdafiə naziri Pit Heqsetdən blokadanın həqiqətən tez bir zamanda bərpa oluna biləcəyini soruşub.
“Onlar (ABŞ ordusu) lazım gələrsə, hazırda hərəkətə keçməyə hazırdırlar”, - Pentaqon rəhbəri cavab verib.
Tətbiqimizi yükləyə bilərsiniz