Gürcüstanda 19 yaşlı azərbaycanlı qız partlayışda öldü


Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kənd sakini olan azərbaycanlı qız qaz partlayışı nəticəsində vəfat edib.
Yeniavaz.com
Gürcüstan KİV-ə istinadla xəbər verir ki, qəza 19 yaşlı Lamiyə Allahverdiyevanın kənddəki evlərində baş verib.
Məlumata görə, partlayışa səbəb mətbəxdə qaz sızması olub və nəticədə, qız ağır yanıq xəsarətləri alıb.
O, xəstəxanaya aparılsa da, aldığı xəsarətlərlə əlaqədar onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Lamiyə Allahverdiyeva Tbilisidəki İlia Dövlət Universitetinin Elmlər və İncəsənət fakültəsinin “Gürcü dili ikinci dil kimi və inteqrasiya proqramı” ixtisası üzrə tələbəsi idi.

DİGƏR XƏBƏRLƏR

Top