Azərbaycanda fəaliyyət göstərən Niderland şirkətinin filialı ləğv edilir


“ENGIE E and P Absheron B.V.” MMC-nin Azərbaycan Respublikasındakı filialı (VÖEN – 1701157271) ləğv olunduğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, ləğvetmə elanında kreditorların öz tələblərini iki ay müddətində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına təqdim edə biləcəkləri qeyd olunub.
Qeyd edək ki, “ENGIE E and P Absheron B.V.” Niderlandda qeydiyyatdan keçmiş və Fransanın ENGIE qrupuna aid neft-qaz şirkətidir. Şirkət vaxtilə Azərbaycanın Xəzər dənizində yerləşən Abşeron qaz-kondensat yatağının işlənməsi layihəsində iştirak edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top