Rusiya Krivoy Roqu bombaladı – Ölənlər var


Rusiya qoşunları 23 iyun səhəri Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə raket hücumu həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, ən azı üç nəfər ölüb, 23 nəfər yaralanıb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının məlumatına görə, mülki sənaye infrastrukturuna ziyan dəyib. Administrasiya heç bir konkret obyektin adını çəkməyib.
Qeyd olunub ki, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

DİGƏR XƏBƏRLƏR

Top