“Oracle” bir ildə 21 000 işçi ixtisar etdi


Amerikanın “Oracle” texnologiya korporasiyası son 12 ay ərzində 21 000 işçisini ixtisar edib.
Yeniavaz.com
“Bloomberg” agentliyinə istinadla xəbər verir ki, şirkət bunu bəzi vəzifələrin süni intellektlə əvəz olunması ilə izah edib.
“Şirkətin əməliyyatlarında süni intellekt texnologiyalarının tətbiqi və istifadəsi işçi sayının azalmasına gətirib çıxarıb və bu proses gələcəkdə də davam edə bilər”, - “Bloomberg” korporasiyanın tənzimləyicilərə təqdim etdiyi illik maliyyə hesabatına istinadla qeyd edib.
Hesabata görə, “Oracle” şirkətinin qlobal işçi sayı 31 may tarixi üçün 141 000 tam ştatlı işçiyə düşüb. Bu işçilərin təxminən 49 000-i ABŞ-də, təxminən 92 000-i isə beynəlxalq səviyyədə fəaliyyət göstərir.
Agentliyin məlumatına görə, ixtisarlar təxminən 1,8 milyard dollarlıq restrukturizasiya xərclərinə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top