Zelenski “Ağ Qartal” ordenini Polşaya qaytardı


Ukrayna Prezidenti Volodimir Zelenski “Ağ Qartal” ordenini Polşaya qaytarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Polşa Prezidentinin mətbuat katibi Rafal Leskieviç “Polsat News”a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Zelenskinin “Nova Poshta” vasitəsilə göndərdiyi “Ağ Qartal” ordeni Prezident Administrasiyasına daxil olub.
Leskeviçin sözlərinə görə, mükafat saxlanılması üçün Mükafatlar və Təyinatlar İdarəsinə təhvil veriləcək. O qeyd edib ki, orden Polşanın ən yüksək dövlət mükafatı olduğundan rəsmi arxivdə qalacaq və başqa heç kimə verilməyəcək.
Polşa və Ukrayna arasında münasibətlərin pisləşməsinin mümkünlüyünü şərh edən Leskeviç gərginliyin gözlənilmədiyini bildirib.
O, həmçinin mükafatın ləğvinin Ukrayna xalqına qarşı olmadığını və Rusiyanın Ukrayna və Avropanın ortaq düşməni olaraq qaldığını bir daha təkrar edib.
Qeyd edək ki, bundan əvvəl Polşa Prezidenti Karol Navrotski tarixi yaddaş məsələlərini əsas gətirərək Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etmişdi. Buna cavab olaraq bir neçə Ukrayna rəsmisi Polşa mükafatlarını geri qaytarmaq niyyətində olduqlarını elan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top