“ABŞ müharibəyə 14 trilyon dollar xərcləyib”

"Çini ABŞ-ın iqtisadi problemlərində ittiham etmək düzgün deyil, bu problemlərə görə məsuliyyəti Amerikanın özü daşıyır". “Yeniavaz.com”un “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, bunu “Alibaba”nın qurucusu Cek Ma deyib. Onun sözlərinə görə, infrastruktura və öz xalqına vəsait ayırmaq əvəzinə ABŞ müharibəyə trilyonlarla dollar xərcləyib: “ABŞ son 30 ildə müharibələrə 14 trilyon dollardan çox vəsait xərcləyib. Bu, ABŞ-ın iqtisadi artımının geriləməsinə səbəb olub, Çin isə amerikalıların iş yerlərini oğurlamayıb”. C. Ma əlavə edib ki, Amerikanın transmilli şirkətləri qloballaşma sayəsində milyonlarla dollar qazanıb. Son 30 ildə IBM, Cisco, Microsoft on milyonlarla dollar qazanıb, onların mənfəəti Çinin 4 bankının birgə qazandıqlarından çoxdur. Bu pullar hara gedib?”.

DİGƏR XƏBƏRLƏR

Top