
Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyevlə Sərdar Berdiməhəmmədov Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar.
Yeniavaz.com xəbər verir ki, Şuşa gəzintisində dövlət başçısının uşaqlarla səmimi görüşü marağa səbəb olub.
Belə ki, şəhərin balaca sakinləri İlham Əliyevin yanına gələrək onu salamlayıblar.
Daha sonra uşaqlar ölkə başçısı ilə fotolar çəkdiriblər. Uşaqlardan biri isə daha sonra öz telefonu ilə şəkil çəkdirmək üçün Prezidentdən icazə istəyib.
Sözügedən anları əks etdirən kadrları təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz