İstanbulda Azərbaycan uşaq bağçasında zorakılıq: 60 yaşlı işçi saxlanıldı – Video


İstanbulun Bayrampaşa rayonundakı uşaq bağçasının işçisi 60 yaşlı A.B. uşaqlara qarşı fiziki zorakılıq iddiaları ilə saxlanılıb.
Yeniavaz.com
“Türkiye” qəzetinə istinadla xəbər verir ki, təhlükəsizlik kamerası görüntülərində şübhəlinin uşaqları çubuqla vurduğu məlum olub.
Hadisə 16, 17 və 19 iyun tarixlərində Bayrampaşa rayonunun Cevatpaşa məhəlləsindəki Hüseyn Cavid adına Azərbaycan Beynəlxalq Uşaq Bağçasında baş verib.
Valideynlərin şikayətlərindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbin təhlükəsizlik kamerasının görüntülərini araşdırmağa başlayıblar.
Araşdırma zamanı görüntülərdə şübhəlinin yatmazdan əvvəl uşaqları çubuqla vurduğu, həmçinin kafedə uşaqlara qarşı fiziki zorakılıq tətbiq etdiyi görünür.
Bundan sonra şübhəli A.B. saxlanılaraq polis bölməsinə aparılıb.
Buradakı prosedurlar başa çatdıqdan sonra şübhəli uşağa qarşı ağır işgəncə və fiziki zorakılıq ittihamları ilə məhkəməyə göndərilib.
Digər tərəfdən, Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin də hadisə ilə bağlı araşdırmalara başladığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top