
“Yay günüdür, evdə uşaq, yaşlı var, su olmayanda nə edə bilərsən? Bura kənd deyil ki, sənəyi çiynimizə alıb gedib bulaqdan su gətirək. Bura Bakıdır...”
Yeniavaz.com xəbər verir ki, bunu İTV-yə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yaşayan Şərafət Bəylərova deyib.
Sözügedən küçənin sakinləri bildirirlər ki, hazırda qəsəbədə 50-yə yaxın ailə susuz qalıb.
Sakinlər dəfələrlə aidiyyəti quruma müraciət etsələr də, problemin həll olunmadığını deyirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, paytaxtın Suraxanı rayonu da daxil olmaqla 11 rayonun su anbarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məsədilə texniki işlər davam etdirilir:
“Buna görə də verilən suyun həcmi müvəqqəti olaraq azaldılıb. Nəticədə, müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. İki gün ərzində su tədarükünü stabilləşdirmək mümkün olacaq”.
Daha ətraflı:
Tətbiqimizi yükləyə bilərsiniz