İsrail və Livan arasında növbəti danışıqlar başlayır


ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan nümayəndələri arasında danışıqların növbəti mərhələsi bu gün Vaşinqtonda başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, tərəflər 23-25 ​​iyun tarixlərində görüşəcəklər.
Dövlət katibi Marko Rubionun prosesdə iştirakı onun BƏƏ, Küveyt və Bəhreynə planlaşdırılan səfəri ilə əlaqədar qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, iyunun 19-da İsrail və “Hizbullah” saat 16:00-da başlayan atəşkəs barədə razılığa gəlib. Lakin Livan mənbələrinə görə, İsrailin cənubi Livanda hava hücumları hətta atəşkəsin başladığı gün belə davam edib.
Digər tərəfdən, İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Livanın cənubundakı təhlükəsizlik zonasından qoşunlarını çıxarmayacağını bildirib. Siyasətçinin sözlərinə görə, Livanın cənubundakı təhlükəsizlik zonasının qorunması Şimali İsraildə təhlükəsizliyin bərpası üçün vacibdir.

DİGƏR XƏBƏRLƏR

Top