“Mançester Yunayted” yeni stadion tikir


İngiltərənin “Mançester Yunayted” klubu yeni stadionunun tikintisi üçün ərazi alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 25 akr-lıq (təxminən 10 hektarlıq) ərazi hazırkı “Old Trafford” stadionundan təxminən 350 metr şimal-qərbdə yerləşir.
Yeni stadionun tutumunun 100 000 nəfər olacağı gözlənilir.
Qeyd edək ki, “Old Trafford” 1910-cu ildə açılıb və 74 000-dən bir qədər çox tamaşaçı tutumuna malikdir.
Stadionda 1966-cı il Dünya Kuboku, 1996-cı il Avropa Çempionatı və 2003-cü il Çempionlar Liqasının final oyunları keçirilib və bu finalda “Milan” “Yuventus”u məğlub edib.

DİGƏR XƏBƏRLƏR

Top