
Xəbər verdiyimiz kimi, ötən gün – iyunun 22-də Xəzər rayonu Mərdəkan çimərliyində 4 gənc batıb.
Yeniavaz.com xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə hələ davam edir.
Sosial şəbəkələrdə sözügedən gənclərin ölümündən əvvəl çəkildiyi deyilən kadrlar yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz