
Rusiyaya tonlarla meyvə-tərəvəz ixrac edən “Meyvelimm” MMC vergi borclarını vaxtında ödəmir.
Yeniavaz.com xəbər verir ki, ötən ilin sentyabr ayından fəaliyyətə başlayan “Meyvelimm” MMC-nin (VÖEN – 4503765251) dövlət büdcəsinə vaxtında ödənilməyən 353 min 474 manat 32 qəpik vergi borcu var.
Qeyd edək ki, 353 min manatdan çox vergi borcunun olmasına baxmayaraq, “Meyvelimm” MMC Rusiyaya meyvə-tərəvəz ixracını davam etdirir. Təkcə dünən – 22 iyun tarixində MMC tərəfindən Rusiyaya tonlarla kartof, çiyələk, albalı, şaftalı və alma ixrac edilib.
Onu da bildirək ki, “Meyvelimm” MMC-nin ixrac etdiyi meyvə-tərəvəzin Rusiyadakı alıcısı “Sarmant-YUQ” şirkətidir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz