
İsveçrənin Bürgenştok şəhərində keçirilən dördtərəfli məsləhətləşmələrdən sonra dörd işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi “Press TV”yə bildirib.
Onun sözlərinə görə, işçi qruplar sanksiya, nüvə, yenidənqurma və iqtisadi inkişaf, eləcə də, monitorinq məsələlərini həll etmək üçün yaradılıb.
Qeyd edək ki, iyunun 21-də Bürgenştokda Qətər və Pakistanın vasitəçiliyi ilə anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı ABŞ-İran danışıqları keçirilib. Pakistan və Qətərin danışıqların birinci mərhələsindən sonra yaydığı birgə bəyanatda qeyd edildiyi kimi, ABŞ və İran nümayəndələrinin iştirak etdiyi görüş müsbət və konstruktiv atmosferdə keçib, gələcək texniki danışıqlar üçün təməlin yaradılması da daxil olmaqla, ümidverici irəliləyiş əldə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz