Türkiyədə azərbaycanlıya vəzifə verildi


Azərbaycan Güləş Federasiyasının sabiq baş katibi Əjdər Cəfərova Türkiyədə vəzifə verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyasının rəhbəri Taha Akgül müvafiq sənəd imzalayıb.
Ə. Cəfərov Türkiyə Güləş Federasiyasının (TGF) Beynəlxalq Nümayəndəlik və Xarici Əlaqələr Direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Əjdər Cəfərov bu ilin fevral ayında Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsinə təyinat alıb.  O, 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. Ə.Cəfərov idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.
 

DİGƏR XƏBƏRLƏR

Top