ABŞ İran neftinə qarşı sanksiyaları ləğv etdi


ABŞ İran nefti və neft məhsullarına qarşı onilliklərdir tətbiq olunan sanksiyaları 60 gün müddətinə ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İran neftinin ABŞ dolları ilə alınmasına, daşınmasına, müvafiq bank əməliyyatlarına, sığorta əməliyyatlarına və əlaqəli hesablaşmalara 21 avqusta qədər icazə verən lisenziya çıxarıb.
Nazirliyin katibi Skott Besant bildirib ki, İsveçrədə məhsuldar danışıqlar zamanı İran Hörmüz boğazından sərbəst tranzit təmin etməyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin ölkəyə daxil olmasına icazə verməyi öhdəsinə götürüb və razılaşmanın bir hissəsi olaraq ABŞ Maliyyə Nazirliyi müvəqqəti, 60 günlük lisenziya verib.
Bildirilir ki, bu qərarla Prezident Donald Trampın administrasiyası İranla Anlaşma Memorandumunun müddəalarından birini yerinə yetirmək üçün ilk addımı atıb. Memorandumda yekun sülh razılaşması halında İrana qarşı sanksiyaların tamamilə ləğvi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top