Mbappe və Holan hərəyə iki qol vurub komandalarına qələbə qazandırdılar – Video


2026-cı il dünya çempionatında I qrupunun II turunun oyunları keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Bakı vaxtı ilə saat 01:00-da qrupda Fransa-İraq oyunu strart götürüb.
Görüş fransalıların 3:0 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
İlk hissənin 14-cü dəqiqəsində Kilian Mbappe komandasını önə keçirib və ilk hissə bu hesabla başa çatıb – 1:0.
Qarşılaşmanın ikinci hissəsinin startı güclü fırtına xəbərdarlığı səbəbindən gecikib. Təhlükəsizlik məqsədilə azarkeşlər tribunalardan çıxarılıb və matç saat 04:00-a qədər təxirə salınıb.
Matç bərpa olunandan sonra Fransa hesab arasındakı fərqi artırıb. 55-ci dəqiqədə Mbappe özünün və komandasının 2-ci qolunu vurub. 67-ci dəqiqədə isə yekun hesab müəyyənləşib. Bu dəfə Osman Dembele fərqlənib.

I qrupunun digər oyununda isə Norveç millisi Seneqalla qarşılaşıb.
Bakı vaxtı ilə saat 04:00-da başlayan görüşdə hesabı 43-cü dəqiqədə Norveç millisi açıb. Pedersen komandasını önə keçirən qolu vurub. 48-ci dəqiqədə isə Erlinq Holan top fərqini ikiyə çatdırıb.
5 dəqiqə sonra Seneqal İsmailla Sarrla fərqi azaltsa da, 58-ci dəqiqədə Norveç Holanın növbəti qolu ilə fərqi yenidən 2 topa çatdırıb.
90+3-cü dəqiqədə isə Sarr yekun hesabı müəyyənləşdirib – 3:2.

DİGƏR XƏBƏRLƏR

Top