Tramp ilk iş həftəsinin planını açıqladı

ABŞ prezidenti Donald Tramp Ağ evə gəlişinin ilk həftəsində ilk növbədə hansı məsələlərə diqqət ayıracağını açıqlayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, D. Tramp “Tvitter” səhifəsində yazıb ki, ilk iş həftəsində əsas diqqəti yeni iş yerlərinin açılmasına və milli təhlükəsizliyinin təmin edilməsinə yönəldəcək. O yazıb: “Qarşıda gərgin həftə var. Yerli vaxtla saat 09:00-da yüksəkvəzifəli şəxslərlər görüşüm gözlənilir”. Xatırladaq ki, D. Tramp andiçmə günündə ilk fərmanlarını imzalamışdı. Onlardan biri istefada olan general Ceyms Mettisin müdafiə naziri olmasına imkan verən qanun layihəsi olub.

DİGƏR XƏBƏRLƏR

Top