
Argentinalı hücumçu və kapitan Lionel Messi Avstriyaya qarşı oyunda vurduğu qolla Dünya Kuboku tarixində ən çox qol vuran oyunçu olub.
Yeniavaz.com xəbər verir ki, bu qol 38 yaşlı Messinin Dünya Kubokunda vurduğu 17-ci qol olub.
Bununla Messi Almaniyanın keçmiş hücumçusu Miroslav Klozeni (16) geridə qoyub.
Hazırda 14 qolu olan Fransa hücumçusu Kilian Mbappe bu turnirdə Messiyə çata bilər.
Tətbiqimizi yükləyə bilərsiniz