
Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində iki nəfər yaralanıb:
“Qara dənizdə hücuma məruz qalan Türkiyəyə məxsus gəmidə iki vətəndaşımız yaralanıb. Vəziyyət yaxından izlənilir”.
Nazirlik bölgədə mülki gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinin Ankara üçün əsas prioritetlərdən biri olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz