
Estoniyanın Rıuge kəndində ot biçən yerli sakin tarlada təxminən beş kiloqram ağırlığında partlayıcı qurğu olan dron tapıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Estoniya Təhlükəsizlik Polis Departamentinin bürosunun rəhbəri Harris Puusepp məlumat yayıb.
Bildirilib ki, kişi dronu iyunun 10-u tapıb.
Ehtimal edilir ki, dron iyunun 3-ü Ukraynanın Rusiyaya hücumu zamanı tarlada qəzaya uğrayıb. O zaman Estoniya Hərbi Hava Qüvvələrinin radarları dronları aşkar edib, bundan sonra onları tutmaq üçün qırıcı təyyarələr göndərilib.
Son bir neçə ay ərzində dronlar dəfələrlə Avropa ölkələrinin, əsasən Estoniya, Litva və Latviyanın hava məkanına daxil olub. Bu ölkələrin hakimiyyət orqanları iddia edir ki, dronlar Ukraynaya məxsusdur və Rusiyanın elektron müharibə sistemlərindən istifadə etməsi səbəbindən sərhədi keçir.
Tətbiqimizi yükləyə bilərsiniz