
Qətərin paytaxtı Doha yaxınlığındakı Ras Laffan sənaye zonasında partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ən azı 13 nəfər ölüb, 66 nəfər yaralanıb.
Qeyd edilib ki, partlayış 21 iyun axşamı baş verib. İlkin məlumatlara görə, buna müəssisədə əməliyyatların başlanması zamanı baş verən qəza səbəb olub.
Ras Laffan Qətərin mayeləşdirilmiş təbii qaz emalı üzrə əsas sənaye mərkəzidir. “Reuters” partlayışın Barzan qaz emalı zavodunda baş verdiyini dəqiqləşdirib.
“Sky News” qeyd edir ki, partlayış o qədər güclü olub ki, episentrdən bir neçə onlarla kilometr aralıda yerləşən Doha sakinləri onu hiss ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz