
Yaxın günlərdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ( “Piramida” tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.
Digər nəqliyyat vasitələri xəritədə göstərilən yeni trayektoriya ilə Milli Gimnastika Arenası və “Koroğlu” dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.
Sxemdə yeni hərəkət trayektoriyaları təqdim olunur:
Tətbiqimizi yükləyə bilərsiniz