Ərəb jurnalistlər Astana danışqlarında dava salıblar

Ərəb KİV-lərinin jurnalistləri Astanada Suriya üzrə danışıqlarda dava salıblar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident rəsmi Dəməşqin nümayəndə heyətinə başçılıq edən, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Əl-Cəfəri jurnalistlərin qarşısına çıxarkən baş verib. Jurnalistlər onu əhatəyə almağa başlayıblar, bu zaman operatorlardan biri çəkilişə mane olmamaq üçün həmkarından bir neçə dəfə başını çəkməyi tələb edib. Tələb qarşılanmadığınndan jurnalistlər dava salaraq ərəb dilində ifadələr səsləndirərək qışqırıblar, lakin onları tez bir şəkildə sakitləşdiriblər.

DİGƏR XƏBƏRLƏR

Top