
İran Prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi prezident administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbib Abbasiyə istinadla məlumat yayıb.
Agentlik bildirib ki, səfər iyunun 23-ü baş tutacaq və çox güman ki, bir gün davam edəcək.
Onun sözlərinə görə, səfərin məqsədi əvvəlki səfərlər zamanı qəbul edilmiş qərarların icrasını izləmək, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını araşdırmaq və İran Prezidentin ABŞ və İran arasında vasitəçilik səylərinə görə Pakistana minnətdarlığını ifadə etməkdir.
Qeyd edək ki, Pakistan Qətərlə birlikdə ABŞ və İran arasında danışıqlarda vasitəçilik edir. Danışıqların ilk mərhələsi dünən İsveçrənin Bürgenştok şəhərində baş tutub və texniki danışıqların başlanması da daxil olmaqla, ümidverici nəticələr verib.
Tətbiqimizi yükləyə bilərsiniz