
Çin Milli İxrac Nəzarəti Qanunu və İkili Məqsədli İxrac Nəzarəti Qaydaları çərçivəsində 10 Amerika şirkətini ixrac nəzarətinə məruz qalan şirkətlər siyahısına əlavə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi Çin Ticarət Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, onlara ikili təyinatlı malların tədarükü qadağan edilib.
Nazirliyin məlumatına görə, bu qərar milli təhlükəsizliyin və maraqların qorunması, eləcə də beynəlxalq yayılmama öhdəliklərinin yerinə yetirilməsi üçün qəbul edilib.
Şirkətlər arasında “Aveox Inc.”, “Ball Aerospace & Technologies Corp.”, “L3Harris Maritime Services Inc.” və digərləri var.
Bundan əlavə, Çin sanksiya siyahısına daxil olan 46 ABŞ şirkəti tərəfindən istehsal olunan məhsulların alınmasına qadağa qoyduğunu elan edib.
Çinin Maliyyə Nazirliyi yeni tədbirlərə əsasən, dövlət satınalmalarında iştirak edən təşkilatlara “Lockheed Martin Corporation” və “Raytheon Missiles & Defense” də daxil olmaqla, siyahıda olan Amerika şirkətlərindən məhsul almağın qadağan olunduğunu elan edib.
Agentlik həmçinin bildirib ki, bu tədbir Çində fəaliyyət göstərən Amerika investisiyalı şirkətlərə şamil edilmir.
Məhdudiyyətlər dərc edildiyi andan qüvvəyə minir.
Tətbiqimizi yükləyə bilərsiniz